Rusiyada daha 21798 nəfər COVID-19-a yoluxdu

  • 2020.11.09 12:57
  • 12339 Baxış
Rusiyada daha 21798 nəfər  COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində daha 21 798 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

MEdicina.az xəbər verir ki, məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 796 132 nəfərə çatıb.

Son sutka ərzində 256 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 30 793 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.