Rusiyada daha 6 065 nəfər koronavirusa yoluxdu

  • 2020.09.19 12:16
  • 1680 Baxış
Rusiyada daha 6 065 nəfər koronavirusa  yoluxdu

Rusiyada son bir gündə daha 6 065 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 097 251 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 19 339-a yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 906 462 pasiyent sağalıb.