Rusiyada daha 8 945 nəfərə COVID-19 diaqnozu qoyuldu

  • 2020.10.01 12:29
  • 2226 Baxış
Rusiyada daha 8 945 nəfərə COVID-19 diaqnozu qoyuldu

Rusiyada son bir gündə daha 8 945 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 185 231 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 169 nəfər artaraq 20 891-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 964 242 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 424 nəfər.