Rusiyada daha bir qubernator koronavirusa yoluxub

  • 2020.09.22 13:48
  • 3666 Baxış
Rusiyada daha bir qubernator  koronavirusa yoluxub

Rusiya Federasiyanın Adıgey Respublikasının başçısı Murat Kumpilov koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bunu o, “Instagram” səhifəsində yazıb.

“Məsafədən idarəetmə rejimində işləməyə başlamışam. Buna səbəb koronavirusla bağlı testimin nəticəsinin müsbət çıxmasıdır. Özümü psi hiss etmirəm, xəstəliyin yüngül formasını keçirirəm”, - M.Kumpilov yazıb.

Qeyd edək ki, sentyabrın 19-da Saratov vilayətinin qubernatoru Valeri Radayev, sentyabrın 22-də isə Altay diyarının qubernatoru Viktor Tomenko koronavirusa yoluxub.
Rusiyada daha bir qubernator  koronavirusa yoluxub