Rusiyada gündəlik yoluxma sayı 17 mini ötdü

  • 2020.10.26 14:02
  • 2033 Baxış
Rusiyada gündəlik yoluxma sayı 17 mini ötdü

Rusiyada ötən 24 saatda koronavirusa yoluxanların sayı daha 17 347 nəfər artaraq 1 531 224 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, koronavirusla bağlı əməliyyat qərargahından bildirildiyinə görə bu rəqəm gündəlik yoluxmanın ən yüksək həddidir.

Bununla yanaşı, ölkədə ölənlərin də sayı 219 nəfər artaraq 26 269 nəfərə çatıb.