Rusiyada koronavirus: 27 403 yoluxma, 569 ölü

  • 2020.12.04 12:16
  • 1236 Baxış
Rusiyada koronavirus: 27 403 yoluxma, 569 ölü

Rusiyada son sutka ərzində daha 27 403 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 402 949 nəfərə çatıb.

Son sutka ərzində 569 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 42 176 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.