Rusiyada koronavirusa gündəlik yoluxma 12 mini keçdi

  • 2020.10.09 11:53
  • 1447 Baxış
Rusiyada koronavirusa gündəlik yoluxma 12 mini keçdi

Rusiyada son sutka ərzində daha 12 126 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 272 238 nəfərə çatıb.

Son sutka ərzində 201 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 22 257 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.