Rusiyada koronavirusa gündəlik yoluxma sayı 10 mini ötdü

  • 2020.10.04 12:07
  • 3223 Baxış
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 10 mini ötdü

Rusiyada son sutka ərzində daha 10 499 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 215 001 nəfərə çatıb.

Son sutka ərzində 157 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 21 358 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.