Rusiyada koronavirusa gündəlik yoluxma sayı 16 mini keçdi

  • 2020.10.20 14:51
  • 1060 Baxış
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 16 mini keçdi
Rusiyada son sutka ərzində daha 16 319 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, Operativ Qərargahın məlumatın görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 431 635 nəfərə çatıb.

Son sutka ərzində 269 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 24 635 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.