Rusiyada koronavirusdan ölənlərin sayı 45 mini ötdü

  • 2020.12.10 12:34
  • 1069 Baxış
Rusiyada koronavirusdan ölənlərin sayı 45 mini ötdü

Rusiyada son sutka ərzində daha 27 927 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 569 126 nəfərə çatıb.

Son sutka ərzində 562 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 45 280 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.