Rusiyada koronavirusdan ölənlərin sayı artır - Küçəyə çıxmaq qadağan edildi

  • 2020.03.29 21:57
  • 4507 Baxış
Rusiyada koronavirusdan ölənlərin sayı artır -  Küçəyə çıxmaq qadağan edildi
Rusiyada koronavirusdan ölənlərin sayı artır.

Medicina.az xəbər verir ki, ölkədə son sutka ərzində infeksiyadan beş ölüm faktı qeydə alınıb.


Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 9-a çatıb.

Moskvada küçəyə yalnız xüsusi icazə sənədi ilə çıxmaq mümkün olacaq.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Sənəd Moskva meriyası tərəfindən müəyyən edilmiş qaydada veriləcək.

Qeyd edək ki, qadağalar sabahdan (30 mart) qüvvəyə minir və ən azı bir həftə davam edəcək.