Rusiyada koronavirusla bağlı SON STATİSTİKA

  • 2020.09.08 12:13
  • 2145 Baxış
Rusiyada koronavirusla bağlı  SON STATİSTİKA

Rusiyada son bir gündə daha 5 099 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 035 789 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 122 nəfər artaraq 17 993-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 850 049 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 695 nəfər.