“Rusiyada koronavirusun ikinci dalğası başlamayıb” – Putin

  • 2020.10.30 18:51
  • 2224 Baxış
“Rusiyada koronavirusun ikinci dalğası başlamayıb”  – Putin

“Hələ ki, Rusiyada gözlənilən ikinci dalğa başlamayıb. Bunu deyə bilmərik. Çünki hələ bəzi regionlarda heç birinci dalğa olmayıb”


Medicina.az xəbər verir ki, bu barədə Vladimir Putin bildirib.

“Əlimizi nəbzimizin üzərində tutmalıyıq, pandemiya ilə mübarizədə bir an belə olsa arxayınlaşmaq olmaz”

Putin koronavirusa yoluxmuş bütün xəstələrin pulsuz dərmanla dərhal təmin olunması ilə bağlı göstəriş də verib.
Rusiyada ambulator, yəni evdə müalicə alan xəstələrə də dərman verilir.

Regionlarda koronavirusla mübarizə üçün 10 milyard rubl vəsait ayrılıb.