Rusiyada pandemiyadan ölənlərin sayı artdı: 613 nəfər

  • 2020.12.11 12:04
  • 1139 Baxış
Rusiyada pandemiyadan ölənlərin sayı artdı: 613 nəfər

Rusiyada son bir gündə daha 28 585 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 597 711 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 613 nəfər artaraq 45 893-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 059 840 nəfər sağalıb.