Rusiyada son sutkada 29 018 nəfər koronavirusa yoluxdu

  • 2020.12.25 13:42
  • 963 Baxış
Rusiyada son sutkada 29 018 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutka ərzində daha 29 018 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 992 706 nəfərə çatıb.

Son sutka ərzində 563 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 53 659 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.