Rusiyada son sutkada 346 nəfər koronavirusdan öldü

  • 2020.10.28 11:53
  • 11923 Baxış
Rusiyada son sutkada 346 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 16 202 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 563 976 nəfərə çatıb.

Son sutka ərzində 346 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 935 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.