Rusiyada koronavirus tüğyan edir: SON STATİSTİKA

  • 2020.12.05 12:11
  • 1130 Baxış
Rusiyada koronavirus tüğyan edir: SON STATİSTİKA

Rusiyada son sutka ərzində daha 28 782 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 431 731 nəfərə çatıb.

Son sutka ərzində 508 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 42 684 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.