Rusiyada virusdan ölənlərin sayı 61 mini ötdü

  • 2021.01.09 11:20
  • 1385 Baxış
Rusiyada virusdan ölənlərin sayı 61 mini ötdü

Rusiyada son sutka ərzində daha 23 309 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Medicina.az-ın xəbərinə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 379 103 nəfərə çatıb.

Son sutka ərzində 470 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 61 381 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.