Rusiyada virusdan ölənlərin sayı 61 mini ötdü

  • 2021.01.09 12:21
  • 1261 Baxış
Rusiyada virusdan ölənlərin sayı 61 mini ötdü

Rusiyada son bir gündə daha 23 309 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 379 103 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 470 nəfər artaraq 61 381-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 754 809 nəfər sağalıb.