Rusiyada virusdan ölüm sayı 69 minə çatır

  • 2021.01.23 13:26
  • 1098 Baxış
Rusiyada virusdan ölüm sayı 69 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 3,69 milyonu keçib.

Ölkədə son sutka ərzində 20 921 nəfər virusa yoluxub, 559 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 698 273 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 68 971 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 109 315 şəxs virusdan sağalıb, 519 987 nəfərin müalicəsi isə davam edir.