Rusiyada yeni epidemiya yayıla bilər – İnfeksionistlər

  • 2024.01.18 17:06
  • 780 Baxış
Rusiyada yeni epidemiya yayıla bilər  – İnfeksionistlər
Stasionarlar göy öskürəkli xəstələrlə doludur”.


“Medicina” xəbər verir ki, bu barədə ölkənin infeksionistləri bildirib.
Belə ki, ölkədə ötən il 28 min göyöskürək qeydə alınıb.

Bu 2022-ci illə müqayisədə 10 dəfə çoxdur.

Heç vaxt xəstəxanalarda bu qədər xəstə olmayıb.

Ekspertlərin sözlərinə görə, yoluxmada artıma səbəb vaksinasiya defisitidir.

Əgər belə tempdə davam edərsə, Rusiyada yeni göyöskürək epidemiyası ola bilər.

Bunun qarşısını almağın yolu isə peyvəndləmədir.

Pandemiya karantinindən sonra bu vaxta qədər “yatmış” olan çox xəstəliklər oyanıb: qızılca və göyöskürək daha aktivdir.

Göyöskürəyə qarşı əbədi immunitet yoxdur, hər bir insan hər 10-15 ildən bir xəstələnə bilir.

Aygün Musayeva