Rusiyada yod qatılmış uşaq yoqurtları istehsal edildi

  • 01 İyl 2022 15:55
  • 756 Baxış
Rusiyada yod qatılmış uşaq yoqurtları istehsal edildi

Başkiriyada “Moloçnaya kuxnya” məhsulları içərisində yeni yodlu yoqurtlar satışa çıxarılır.

Bakupost.az xəbər verir ki, məktəb bufetləri və bağçalarda uşaqlara bu yoqurt veriləcək.


Ölkənin baş dietoloqu Ruşaniya Yalalova bildirib ki, respublikada ciddi yod defisiti var, torpaqda və suda kəskin çatışmazlıq olduğu üçün əhali, xüsusən uşaqların orqanizmində həyati vacib yod defisiti artır.

Ona görə uşaq qidalarını yodla zənginləşdirmək qərarı aldıq.


İstehsalçı şirkətin direktoru bildirib ki, yodlu yoqurtun resepti Rospotrebnadzorun tövsiyələri ilə hazırlanıb. Bioyod dad, qoxuya malik deyil, süddə asan həll olur. Uşaqlar yoqurtun dadında heç nə hiss etməyəcək.