Rusiyada yoluxanların sayı 2 milyona çatır

  • 2020.11.18 12:25
  • 985 Baxış
Rusiyada yoluxanların sayı 2 milyona çatır

Rusiyada son bir gündə daha 20 985 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 991 998 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 34 387-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 501 083 nəfər sağalıb.