Rusiyada yoluxanların sayı 2,9 milyonu keçdi

  • 2020.12.22 12:30
  • 1116 Baxış
Rusiyada yoluxanların sayı 2,9 milyonu keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 2,9 milyon nəfəri keçib.

Medicina.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 28 776 nəfər virusa yoluxub, 561 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 906 503 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 51 912 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 319 520 nəfər virusdan sağalıb, 535 071 nəfərin müalicəsi isə davam edir.