Rusiyada yoluxanların sayı 3 milyona yaxınlaşır

  • 2020.12.24 14:22
  • 1124 Baxış
Rusiyada yoluxanların sayı 3 milyona yaxınlaşır

Rusiyada koronavirusa yoluxanların sayı 2,96 milyon nəfəri keçib.

Medicina.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 29935 nəfər virusa yoluxub, 635 nəfər isə ölüb. Bu indiyə qədər gündəlik yoluxma və ölüm sayında qeydə alınmış ən yüksək göstəricidir.

Bu günə qədər Rusiyada 2963688 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 53096 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2370857 nəfər virusdan sağalıb, 539735 nəfərin müalicəsi isə davam edir.