Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyada yoluxanların sayı 4 milyona çatır

  • 2021.02.09 12:27
  • 1615 Baxış
Rusiyada yoluxanların sayı 4 milyona çatır


Rusiyada son sutka ərzində daha 15 019 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 998 216 nəfərə çatıb.

Son sutka ərzində 530 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 77 598 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.