Rusiyada yoluxanların sayı artır: Daha 29 350 nəfər

  • 2020.12.21 12:05
  • 1033 Baxış
Rusiyada yoluxanların sayı artır:  Daha 29 350 nəfər

Rusiyada son bir gündə daha 29 350 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 877 727 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 493 nəfər artaraq 51 351-i yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 295 362 nəfər sağalıb.