Rusiyada yoluxma kəskin artdı - 5 ayın REKORDU

  • 06 Avq 2022 13:23
  • 1273 Baxış
Rusiyada yoluxma kəskin artdı -  5 ayın REKORDU
Rusiyada son sutkada 19 974 nəfərdə koronavirus aşkarlanıb. Bu martın 30-dan bəri qeydə alınan ən böyük yoluxma sayıdır.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, virusun aşkarlandığı 2 141 nəfər xəstəxanaya yerləşdirilib.

Eyni dövr ərzində 10 743 nəfər sağalıb, 46 nəfər isə vəfat edib.

Beləliklə, Rusiyada indiyədək 18 692 396 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 382 697 nəfər ölüb, 18 030 626 nəfər sağalıb. Ölkədə 279 073 aktiv koronavirus xəstəsi var.