Rusiyada yoluxma sayında yeni REKORD

  • 2021.10.09 14:02
  • 1174 Baxış
Rusiyada yoluxma sayında yeni  REKORD
Rusiyada son sutka ərzində daha 29 362 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Medicina.az -ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 746 718 nəfərə çatıb.

Rusiyada pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb. Belə ki, son sutka ərzində 968 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 215 453 nəfərə çatıb.

Qeyd edək ki, bu, pandemiya başlayandan Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni rekorddur.