Rusiyalı baş onkoloq xərçəngi yaradan amilləri sadaladı

  • 2019.09.04 12:05
  • 1926 Baxış
 Rusiyalı baş onkoloq xərçəngi yaradan amilləri sadaladı
Siqaret, alkoqol və insan papilloması virusu xərçəng xəstəliyinin yaranmasının başlıca səbəbləridir. Medicina.az xəbər verir ki, xərçəng yaradan bu amilləri Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin jurnalistlərlə söhbətində sadalayıb. O qeyd edib ki, xəstəliyin yaranmasına 15 faiz insanın genotipi səbəb olur, qalan amillər isə həyat tərzi ilə bağlıdır. Baş onkoloq xəstəliyin kimyəvi vasitələrin, məsələn, boyaların təsirindən də yarana biləcəyini istisna etməyib.