Rusiyalı milyarder şaman ritualı zamanı öldü - Xoruz qanı içib

  • 2022.05.10 16:06
  • 3337 Baxış
Rusiyalı milyarder şaman ritualı zamanı öldü  -  Xoruz qanı içib


Rusiyalı iş adamı, “Lukoyl”un keçmiş baş meneceri Aleksandr Subbotin iştirak etdiyi şaman ritualı zamanı dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, Moskvanın Mıtişi rayonunda keçirilən şaman ritualında “alternativ təbabət” adı altında qurbağa zəhəri və xoruz qanı içən milyarderin halı anidən pisləşib. Ayində iştirak edən insanlar təcili yardım çağırmayıblar.


Onlar, “Korvalol” dərmanı ilə Subbotini yaxşılaşdırmağa çalışsalar da, iş adamı vəfat edib.