Rusiyanın müdafiə naziri Şoyqu infarkt keçirib?

  • 2022.04.14 16:39
  • 1715 Baxış
Rusiyanın müdafiə naziri Şoyqu infarkt keçirib?

“YUKOS” neft şirkətinin keçmiş rəhbəri Leonid Nevzlin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun infarkt keçirdiyiniyazıb.

“Qəfildən geniş infarkt keçirdi, reanimasiyadadır, cihazlara qoşulub. İnfarktın təbii səbəblərdən baş vermədiyi deyilir” - deyə“Twitter”də qeyd edib.

Rusiya müdafiə naziri Sergey Şoyqunun xəstəxana yerləşdirilməsi və ya təqaüdə göndərilməsi barədə xəbərlər ilk dəfə deyil ki, yayılır.

Mart ayında o, 13 gün ictimaiyyət qarşısına çıxmadı və bu, səhhəti ilə bağlı söz-söhbətin yaranmasına səbəb oldu.