Saakaşvili həbsxanadan kliniaya yerləşdirilir

  • 10 May 2022 15:03
  • 192 Baxış
Saakaşvili həbsxanadan kliniaya yerləşdirilir


Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin sağlamlıq durumunun ağırlaşmasının qarşısını almaq üçün onun özəl xəstəxanaya köçürülməsi təklif olunur.

Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze açıqlama verib.

Nazir qeyd edib ki, məhbus Saakaşvili özəl klinikada müayinədən keçirilə və lazım gələcəyi halda müalicə də ala biləcək.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. O, hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.