Saakaşvilinin səhhəti getdikcə pisləşir - Vəkil

  • 08 Okt 2021 14:23
  • 168 Baxış
Saakaşvilinin səhhəti getdikcə pisləşir -  Vəkil
"Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili artıq 8-ci gündür aclıq edir və onun fiziki durumu getdikcə pisləşir".

Medicina.az xəbər verir ki, bunu M.Saakaşvilinin vəkili Beka Basilaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə üzvləri sabiq dövlət başçısı ilə bazar ertəsi görüşə biləcəklər.

Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası keçirir. O, aksiyanı dayandırmayacağını bildirib. M.Saakaşvilinin atası Nikoloz Saakaşvili bu gün oğluna müraciət ünvanlayıb və onu aclığı dayandırmağa çağırıb.