Saatlıdakı ana ölümünə görə həkim cəzalandı

  • 2025.09.10 15:45
  • 82 Baxış
Saatlıdakı ana ölümünə görə   həkim cəzalandı


Saatlıda doğuş zamanı ananın ölümünə səbəb olmaqda təqsirləndirilən Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin sabiq müdiri Könül Xudatovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


"Medicina" xəbər verir ki, məhkəmənin hökmü ilə K.Xudatova iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İttihama görə, K.Xudatova 2023-cü ildə Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində çalışarkən xəstəxanaya doğuş üçün müraciət edən qadına lazımi tibbi xidmət göstərilməyib.

Qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdikdən sonra dünyasını dəyişib.


Faktla bağlı cinayət işi başlanıb və K.Xudatova təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.