Sabah 37 dərəcə isti olacaq

  • 20 İyn 2022 13:42
  • 1230 Baxış
Sabah 37 dərəcə isti olacaq


İyunun 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.