Sabah 43 dərəcə isti olacaq

  • 2022.07.15 14:27
  • 5944 Baxış
Sabah 43 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraiti yağmursuz keçəcək.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, mülayim şimal- qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.