Sabah güclü meteorit qasırğası olacaq - Astronom

  • 30 May 2022 16:16
  • 1024 Baxış
 Sabah güclü meteorit qasırğası olacaq  - Astronom


Krım astronomu Aleksandr Yakuşeçkin 31 mayda Yer kürəsini intensiv güclü meteorit qasırğası gözlədiyini bildirib.

Bakupost.az xəbər verir ki, o, əsl meteor yağışının olacağını deyib.


“31 may səhər əsl meteor yağışı möcüzəsi gözlənilir, saatda 10 min meteor olacaq.

Meteor aktivliyin müddəti 2 saat çəkəcək. Bu qasırğa daha çox Şimali Amerikada izlənilə biləcək. Moskva vaxtı ilə isə saat 8-də başlayacaq. Şəhərdən kənarda olanlar bir neçə parlaq meteorlar izləyə biləcək”.

Aygün Musayeva
BakuPost