Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sabah V Autizm Festivalı keçiriləcək - Hər kəs dəvətlidir

  • 2025.05.16 08:01
  • 236 Baxış
Sabah V Autizm Festivalı keçiriləcək -  Hər kəs dəvətlidir

Sabah Gənclər və İdman nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının və Aztest Group-un təşkilatçılığı ilə Bakı şəhəri Fəvvarələr meydanında növbəti V Autizm Festivalı təşkil olunacaq.

Bu barədə Medicina.az -a Festivalın təşkilat komitəsinin sədri Elnur Məmmədli məlumat verib.

Festivalda bu sahədə çalışan qurumlar öz işlərini və fəaliyyətlərini nümayiş etdirəcəklər.

Festivalı keçirtməkdə məqsəd ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir.

Həmçinin, autizmli ailələr və autizmli uşaqlar da iştirak edəcək.

Festival səhər saat 10.00-dan başlayıb axşama kimi davam edəcək.

Hər kəs dəvətlidir.