Sabahkı küləklə bağlı FHN-dən XƏBƏRDARLIQ

  • 2024.04.03 18:03
  • 482 Baxış
Sabahkı küləklə bağlı FHN-dən  XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

"Medicina" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində hava şəraitinin dəyişərək, güclü külək əsəcəyi və yağıntılı olacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!”

FHN təhlükə zamanı “112”yə zəng etməyi tövsiyə edib.