Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanıldı - FOTO

  • 2025.12.21 22:01
  • 85 Baxış
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanıldı -  FOTO

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında gözdə, əsasən, şəkərli diabet xəstəliyi ilə əlaqəli yaranan problemlərin müalicəsində istifadə edilən Avastin inyeksiyasının icrasına başlanılıb.

Medicina.az xəbər verir ki, Avastin inyeksiyası, xüsusilə diabetik retinopatiya, yaşa bağlı makula degenerasiyası və retinal damar patologiyalarının müalicəsində geniş tətbiq olunan effektiv terapiya üsuludur. Bu müalicə metodu torlu qişada patoloji damarların proliferasiyasını və ekstravazasiya nəticəsində yaranan ödəmi azaldaraq, xəstələrin görmə funksiyasının qorunmasına və vizual reabilitasiyasına mühüm töhfə verir.

Qeyd edək ki, artıq 50-dən çox pasiyent üzərində Avastin inyeksiyası uğurla icra olunub.

Məlumat üçün bildirək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsiz qarşılanır.


Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanıldı -  FOTO
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanıldı -  FOTO