Sabirabadda 4 yaşlı qız sirkə turşusu içdi

  • 2022.06.01 15:59
  • 3086 Baxış
Sabirabadda 4 yaşlı qız sirkə turşusu içdi

Sabirabadda zəhərlənmə hadisəsi olub.

Medicina.az xəbər verir ki, hadisə rayonun Azadkənd kəndində qeydə alınıb. Nəzarətsiz qalan 4 yaşlı Z.Əmənova yaşadığı evdə sirkə turşusu içib.

Bundan xəbər tutan valideynləri onu dərhal rayon mərkəzi xəstəxanasına aparıblar.

Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. /lent.az/