Sabunçu xəstəxanasında ilk beyin əməliyyatı keçirildi

  • 2024.01.08 15:31
  • 975 Baxış
Sabunçu xəstəxanasında ilk    beyin əməliyyatı keçirildi

Sabunçu Tibb Mərkəzinin yeni Əməliyyat blokunda ilk beyin əməliyyatı həyata keçirilib.


"Medicina" xəbər verir ki, yol qəzasında nəticəsində başın sol gicgah nahiyəsindən ağır xəsarət alan 2000-ci il təvəllüdlü xəstəyə (cinsi kişi) alın nahiyəsinin 20 mm-lik epidural hematoma, sol gicgah və təpə paylarının kontuziyası diaqnozu qoyulub.


Əməliyyat uzman neyrocərrah Sait Mercan tərəfindən uğurla icra olunub.

Xəstənin vəziyyəti stabildir.

Aygün