Saçı və dırnağı zəif olub qırılanlar bu analizi versin

  • 2024.02.06 17:02
  • 440 Baxış
Saçı və dırnağı zəif olub qırılanlar  bu analizi versin
Saçı, dırnağı quruyub tökülənlər, uzanmayanlar bahalı kosmetik vasitələr almazdan öncə, defisitləri müəyyən etsinlər.


“Medicina” xəbər verir ki, professor Kamil Bəxtiyarov saç və dırnaq problemlərində verilməli olan analizləri açıqlayıb:


“İlk növbədə vacib vitamin və mikroelementlərin səviyyəsi yoxlanmalıdır. Çünki hazırda hər ikinci insandan biri avitaminozdan əziyyət çəkir:

A, E, C, B qrup, D vitaminləri, sink, maqniy, dəmir və kalsium.

Daha sonra qanın ümumi analizi. Bədəndə infeksion və iltihabi prosesləri göstərəcək

Qalxanvari vəz və hormonal analiz
Qadınlar mütləq ginekoloq müayinəsinə yazılsın.

Çünki ginekoloji problemlər də polip, endometrioz, miomalar qanaxma verdiyi üçün anemiyaya səbəb olur.

Ola bilər dəri, saçlar və dırnaqlar güclü stress, depressiyaya görədir. O zaman psixoloq və nevroloq qəbulu mütləqdir.

40 yaşdan sonra kollagen çatışmazlığı da sümük, dırnaq, saç problemlərinə səbəb olur. O zaman keyfiyyətli kollagen tozları içmək olar”.

Aygün M