Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçını boyayan 20 yaşlı qız öldü

  • 2023.08.10 17:11
  • 1581 Baxış
Saçını boyayan 20 yaşlı qız öldü
Türkiyənin İzmir şəhərində 20 yaşlı qız saçını boyadıqdan sonra həyatını itirib.


“Medicina” qeyd edir ki, İzmirin Buka bölgəsində yaşayan universitet tələbəsi Dəniz Dəmirbayraqlı, evdə saçlarını boyayarkən, özünü pis hiss edib. Alınan məlumata görə, Deniz Dəmirbayraklı axşam dostunun evinə gedib. Saçlarını saç boyası ilə boyamağa başlayan gənc qız birdən özünü çox pis hiss etməyə başlayıb.

Vəziyyəti öyrənən dostu təcili yardım çağırıb, qız Buka Təhsil və tədqiqat Xəstəxanası Seyfi Demirsoy-a aparıldı. Burada edilən bütün müdaxilələrə baxmayaraq, xilas edə bilməyib.

Həkimlərin fikrinə görə, qızın ölümünə səbəb onun baş dərisinin saç boyasına kəskin allergik reaksiya verməsidir.


Onların sözlərinə görə, baş dərisinin allergik reaksiyası yanma və qıcıqverici qaşınma ilə müşahidə olunur.

Təxminlərə görə qız bu simptomlara önəm vermədiyi üçün allergik reaksiya getdikcə qan dövranına keçib. Digər bir versiya isə saç boyasının bilinməyən bir səbəblə baş dərisindən qana keçib qızın qanını toksik maddə ilə əhatə etməsi və məhz bu səbəbdən qızın həyatını itirməsidir. Faktla bağlı hələ də araşdırma aparılır.

Xanım