Saçlarınızın indiki durumu  ürək problemlərinin olub- olmadığını göstərir.
Yeni elmi  araşdırmaya görə, ürək-damar xəstəlikləri qeyri-sağlam həyat tərzi, zərərli qidalanma, oturaq həyat tərzi ilə əlaqələndirilir. Stress də rol oynayır. Sonuncu hətta saçları da məhv edir. 
Alimlər müəyyən ediblər ki, insanın saç tükündə müəyyən hormon var ki, o,  ürək-damar xəstəlikləri riskinin artıb-artmadığına işarə edir. Bu, stresə cavab olaraq artan  kortizoldur. 
“Medicina” xəbər verir ki, həkim – kardioloq Oleq Vorfolomeyin sözlərinə görə, kortizol qlükokortikoidlər qrupuna aiddir. 
O, bu hormonu azaltmaq üçün tövsiyələrini verdi: 
-   Hər gün hərəkət edin. Qan dövranını hər gün yaxşılaşdırmaq, məsələn, idman etmək, gəzmək, qaçmaq lazımdır;
 -  Özünüz emal etdiyiniz, texniki  işlənməmiş, bitki mənşəli qidaları yeyin. 
-    Qorxu və stresi psixoloqla işləyin
Aygün Musayeva