Sağlam dırnaqlar üçün bu qidaları yeyin

  • 2021.03.31 10:30
  • 2536 Baxış
Sağlam dırnaqlar üçün  bu qidaları yeyin

Tez qırılan, zəif, rəngsiz və gec uzanan dırnaqlar sağlamlıq problemlərinə işarə ola bilər.

Bədəninizin lazımlı vitamin və mineralları alması dırnaqlarınızın uzanma sürətini artırıb, sağlam bir görünüşə qovuşdurur. Daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

Medicinaaz Bizim.Media-a istinadən bildirir ki, daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

Mərci və lobya

Mərci və paxlalı bitkilər dəmir və zülal baxımından zəngindir. Dırnaqların təməl ehtiyaclarından biri olan zülal vegetarian olan və ya ətlə çox arası olmayan oxucularımızın tez-tez yeməli olduğu qidalardandır. Yalnız mərci və paxlada deyil, soya kimi qidalarda da bitki mənşəli zülal və dəmir bol miqdarda var.

Pendir, süd və qatıq

Süd və süd məhsulları biotin baxımından zəngindir. Pendir, qatıq və süd ilə biotin ehtiyacınızı qarşılaya bilərsiniz. Biotin saç və dırnaq üçün çox lazımlı bir vitamindir.

Dırnaqlarınızın güclənməsi və sağlam uzanması üçün gündəlik biotin qəbulunun kafi səviyyədə olması vacibdir.

Toyuq yumurtası

Toyuq yumurtası da biotin baxımından olduqca zəngindir. Əgər yumurtanı sevirsinizsə, naharlarda yeməyiniz sizə yumurtanın saysız faydasının yanında daha sağlam dırnaqlar da bəxş edə bilər. Kalsium, biotin və zülal ilə dırnaqlarınıza sanki bir sağlamlıq bombası atmış olacaqsınız.