Sağlam insanlar da genetik analizlər verməlidir

  • 2023.04.17 17:00
  • 1159 Baxış
Sağlam insanlar da   genetik analizlər verməlidir
Ən azı ömründə bir dəfə sağlam insanlar genetik yoxlanışdan keçməlidirlər.

“Medicina” xəbər verir ki, tibbi genetika irsi xəstəliklərlə üzləşmiş və ya hələ üzləşməmiş insanaar, əsas da valideyin olmağı planlaşdıranlar üçün də önəmlidir.


Hər birimiz orta hesabla üç "gizli" resessiv mutasiyaların sağlam daşıyıcısıyıq. DNT-nin bu xüsusiyyətləri sağlamlığımıza təsir etmir.


Lakin gələcək nəsillərdə özünü göstərə bilər. Hər iki valideyndə eyni gendə belə "gizli" mutasiyalar varsa, xəstə uşaq sahibi olmaq riski yüksəkdir. Genetikanın köməyi olmadan bu problemi proqnozlaşdırmaq mümkün deyil.


Amma prekonsepsiya skrininqi (valideynlərin konsepsiyadan əvvəl resessiv mutasiyaların daşıyıcıları üçün təhlili) sayəsində gələcək uşaqlar üçün riskləri müəyyən etmək və minimuma endirmək olar.

Qeyd etmək lazımdır ki, yüksək riskləri müəyyən etmək boş fikir deyil, bu gün həkimlər sağlam bir uşağın doğulmasına kömək edə bilərlər.

Ciddi genetik tədqiqatlar, ilk növbədə, artıq özünü göstərmiş patologiyanın səbəblərini müəyyən etməyə yönəldilmişdir.
Ancaq bir sıra istisnalar var.

Məsələn, onkoloji sayıqlığı qorumaq üçün sağlam insan xərçəngin irsi formaları üçün sınaqdan keçirilə bilər. Əgər genlərdə xarakterik mutasiyalar aşkar edilərsə, vaxtında profilaktikaya başlamaq və ya xəstəliyi erkən mərhələdə müəyyən etmək mümkün olacaq.

Günay Quliyeva