Balqabaq tumları nəyə faydalıdır? – Kimlərə olar-olmaz

  • 2019.10.07 20:27
  • 48294 Baxış
Balqabaq tumları nəyə faydalıdır? –  Kimlərə olar-olmaz

Balqabaq, eləcə də kudu tumları zülal, 9 əvəzolunmaz amin turşusu ilə zəngindir. 

30 qr tumda 126 kaloriy, 15 qr karbohidrat, 5,5 qr yağ var.

Sink, dəmir,A, C vitaminləri, B qrupu ilə zəngindir.  


Medicina.az hər gün 20 -30 qr günəbaxan tumu yeməyin orqanizmə 7faydasını təqdim edir. Balqabaq tumu kimlərə, hansı miqdarda və necə qəbul olunmalıdır?


1.İnfeksiyalara qarşı immuniteti möhkəmlədir


Antioksidantlarla zəngin bu tumlar orqanizmi virus və infeksiyalara qarşı dözümlü edir. Xroniki xəstəlikləri, şiş hüceyrələri və qocalıq elementlərinə qarşı kimyəvi birləşmələri var. 


2.İltihab əleyhinə təsir


Ürək-damar, qan, diabet, qaraciyər, mədəaltı vəz, mədə-bağırsaq sisteminin iltihabi xəstəliklərində faydalıdır. Elmi tədqiqatlar göstərib ki, 7 ədəd balqabaq, kətan və küncüt toxumu qaraciyəri xəstə olanlarda iltihabi markeri aşağı salır. Xəstələr 12 həftə ərzində 30 qr bu toxumların üyüdülmüşünü qəbul edib


3.Ürəyi qüvvətləndirir


Balqabaq tumu və yağı Omeqa 3 lə zəngindir. ALA adlanan bu turşu ürək-damar xəstəliklərindən qoruyur. 

Eləcə də bol maqniy və kaliy təzyiqi normallaşdırır. 


4.Qanda şəkəri salır


Əgər sizdə diabet varsa, təmizlənmiş balqabaq tumu istər çiy, istər qovrulmuş halda qəbul edə bilərsiz. Məhz bu tumlar antidibaetik təsirə malikdir. Eləcə də onu kətan toxumu ilə birgə qəbul etdikdə böyrəkdə şəkərin ağırlaşmalarının qarşısı alınar


5.Gözlərin sağlamlığı üçün


Yaşlanma ilə bağlı gözlərdə olan problemlərə qarşı bu tum əla qidadır. 

Sink görmənin itiliyi üçün vacibdir. Gündə 10 qr balqabaq tumu gözlərinizi qocalana kimi iti edəcək. 


6.Prostatda müalicəvidir


Balqabaq tumu prostat vəz böyüməsi və şişlərinə qarşıdır. Bu vəzinin hiperplaziyasında və xoşxassəli şişlərində kişilər gündə 5 qr tum qəbul edə bilər


7.Böyrək və sidik kisəsi daşları


Hər gün balqabaq tumu qəbul etmək sidik sistemində mineral çöküntüyə imkan vermir. Eləcə də xroniki sistit və iltihabı olanlar, böyrəklərinə daş yığılanlar hər gün bu tumu qəlyənaltı kimi qəbul etsin



Bu tumların uşaqlarda immuniteti möhkənləndirdiyi, qurdları tökdüyü də hər kəsə məlumdur. 

Eləcə də qadınları süd vəzi xərçəngindən qoruyur. 


 


Necə istifadə etməli?


Yaxşı olar ki, çiy halda qəbul edəsiz. Çiy tumları qurudub sonra üyüdüb udmaq və ya yeməklərə qatmaq, su ilə sanki dərman kimi qəbul etmək də olar. 

Duzlu, qovrulmuş tumlara çox aludə olmayın, orqanizmdə natriumun səviyyəsini qaldıra bilər. 


Kimlərə olmaz:


-Mədəaltı vəz şişlərində

-Qan laxtalanması olanlarda

-Qanda qlükoza az olduqda


-Mədə şirəsi turşuluğu çox olanlara

-Damarları genişlənmiş insanlara

-Qanda xolesterini az olanlara

-Böyrək və sidik kisəsində duz kristalları olanlar

 

 


Balqabaq tumları nəyə faydalıdır? –  Kimlərə olar-olmaz
Balqabaq tumları nəyə faydalıdır? –  Kimlərə olar-olmaz
Balqabaq tumları nəyə faydalıdır? –  Kimlərə olar-olmaz