Hamilə qadınlara qadağan olan 12 kosmetik prosedur – Bunları qətiyyən etməyin

  • 2019.09.17 21:26
  • 18333 Baxış
Hamilə qadınlara qadağan olan 12 kosmetik prosedur –  Bunları qətiyyən etməyin
Hamiləlik dövründə qadının dırnaq, dəri və saçlarında etdiyi hər bir kimyəvi prosedur bətndəki körpəyə təsir edə bilər. 

Medicina.az hamiləlikdə hansı dəbli və çoxunun "zərərsizdir” düşündüyü gözəllik və baxım prosedurlarının qadağan olduğunu təqdim edir.


Hamiləlikdə ən təhlükəli dövrlər 2-3-cü həftələr, 8-12, 18-22, 28-32-ci həftələrdir. 


Bu dövrlərdə aktiv salon prosedurlarından imtina edin, neytral mövqe seçin.


1.Botoks, gialuron iynələri, mezoterapiya


Hamiləlik və südvermədə qəti olmaz, kosmetoloqların vədlərinə inanmayın. Botulotoksinin istifadəsi dölün qüsurlu doğulmasına səbəb ola bilər.

Gözəllik iynələrində olan maddələr qana keçərək, ciftlə dölə keçir.  Bu isə infeksya və viruslardan da acı nəticələr verir. 


2.Şellak gel, dırnaq qaynağı


Kəskin qoxu, kimyəvi buxarlanma allergiya, bronxial astma və digər fəsadlar verir. Dırnaq dibindən infeksiya keçmə ehtimalı da var.

 



3.Kiprik qaynağı


4.Dəri ağardılmalı, ləkələrin açılması, kimyəvi pilinq – Dölün dərisinin normal formalaşmasına mane ola bilər


5.Fizioterapiya, isti bürünmələr


Ginekoloqsuz heç bir prosedur olmaz. Əks təqdirdə təzyiq qalxa bilər, şişkinlik yaranır, tonus artır, hamiləlik pozula bilər.


6.Permanent makiyaj, tatu, döymə


Bu prosedurlar zamanı ağrıkəsicilər istifadə olunur, bu da uşaqlığın tonusunu artırır. Döymə zamanı istifadə edilən rəng dərinliyə yeridildiyindən plasentaya çatır. 


7.Üzün aparatla təmizlənməsi


8.Kontaktsız epilyasiya –lazer, foto və s. 


Hamilələr üçün tabu olmalıdır. Krem depilyatorlardan istifadə də yol verilmir. Ən təhlükəsiz yol şuqarinq və ülgücdür


9.Saçların kimyəvi boyalarla rənglənməsi


Bir çox boyalarda ammiak var, o isə allergiya, nəfəs yollarında problem yaradır. Hamiləlikdə eko boya və xınalardan istifadə edin


10. Avtozaqar, solyariy

11.Saçların keratin düzləşdirmə, laminasiya

12.Dişlərin ağardılması

 


Hamilə qadınlara qadağan olan 12 kosmetik prosedur –  Bunları qətiyyən etməyin
Hamilə qadınlara qadağan olan 12 kosmetik prosedur –  Bunları qətiyyən etməyin